“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov və Küveyt Dövləti mülki aviasiya idarəsinin baş direktoru Yusif Əl-Fuzan 16 noyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasının Hökuməti ilə Küveyt Dövlətinin Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi imzalayıblar. 

2016-cı il oktyabrın 12-də Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının və İraq Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Məlumat verildiyi kimi, 2016-cı ilin 27 sentyabr - 07 oktyabr tarixlərində Kanadanın Monreal şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 39-cu sessiyası keçirilib. Üç ildə bir dəfə keçirilən sessiyada beynəlxalq mülki aviasiyanın fəaliyyəti ilə bağlı cari məsələlər və onun yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 01 iyul 2016-cı il tarixli 26 nömrəli Əmri ilə “Yerdə olan hava gəmilərinin təhlükəsizliyinin təmini üzrə Təlimat” və “Havada olan hava gəmilərinin təhlükəsizliyinin təmini üzrə Təlimat” sənədləri 15 iyul 2016-cı il tarixdən qüvvəyə minmişdir. 

2016-cı ilin 09-10 iyun tarixlərində Bakıda Azərbaycan Respublikası və Belarus Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 

Əldə edilmiş razılığa uyğun olaraq, 2016-cı ilin 14-15 iyun tarixlərində Ulan-Bator şəhərində Azərbaycan Respublikası ilə Monqolustanın aviasiya administrasiyaları arasında danışıqlar keçirilib. 

2015-ci il ərzində Dövlət Mülki Aviasiya Administrasiyasının əməkdaşları beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən təşkil edilmiş seminarlarda və ixtisasartırma kurslarında 32 sertifikat əldə ediblər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 may tarixli 2037 nömrəli Sərəncamı ilə Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru vəzifəsinə təyin edilib.

6 aprel 2016-cı il tarixdə Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov, Amerika Birləşmiş Ştatları tərəfindən isə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Robert F. Sekuta imzalayıblar. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir.

2 -dən səhifə 12

Partner Websites