Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 may 2018-ci il Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamə təsdiq edilib.

2018-ci il mayın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş”imzalanıb.

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan Respublikası üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib. 2014-cü ildə Respublikada uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.  

FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

     Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər. 24 aprel 2018-ci il tarixində Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir.

       Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

2017-ci ilin 04-08 dekabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Şri-Lankanın Kolombo şəhərində Hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə onuncu konfrans (ICAN/2017) keçirilib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 15 sentyabr 2017-ci il tarixli51 nömrəli Əmrinə uyğun olaraq, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına müntəzəm uçuşlar yerinə yetirilməsi ilə bağlı sorğu verilməsi proseduru” Administrasiyanın saytında “Reqlamentlər” bölməsində yerləşdirilib (ingilis və rus dillərində).Səhifəyə keç

2017-ci ilin 2-6 oktyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Regional Ekspert Qrupunun onuncu müşavirəsi (IE-REST/10), Uçuş məlumatlarının təhlili üzrə seminar və Təhlükəsizlik üzrə Avropa Regional Qrupunun (RCOG/07) yeddinci müşavirəsi keçirilib

1 -dən səhifə 12

Partner Websites