LİNKLƏR

“Silk Way” Şirkətlər Qrupu Azərbaycanda aviasiya sahəsi ilə əlaqədar ümumi prinsipləri və fəaliyyət istiqamətlərini strateji cəhətdən planlaşdırmaq və əlaqələndirmək məqsədilə 2006-cı ildə yaradılmışdır. Bu gün “Silk Way” Şirkətlər Qrupuna 3000-dən çox yüksək ixtisaslı mütəxəssisin işlədiyi 23 şirkət daxildir. www.swh.az

Əsası 1992-ci ildə qoyulmuş MAA Bakı şəhərində yerləşir. Akademiya aviasiya, aviakosmik sənaye, mexanika, iqtisadiyyat və hüquq sahələri üzrə tədris kursları təqdim edən nüfuzlu təhsil müəssisəsidir. http://www.naa.edu.az

Avropa Birliyi Avropa qitəsinin böyük hissəsini əhatə edən 27 ölkənin vahid iqtisadi və siyasi əməkdaşlığıdır. AB İkinci Dünya Müharibəsindən sonra yaradılmışdır. İlk addımlar iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəldilmişdir: məqsəd ondan ibarət idi ki, bir-biri ilə ticarət aparan ölkələr iqtisadi cəhətdən bir-birlərindən qarşılıqlı asılı olduqlarına görə ziddiyyətlərin böyük ehtimalla aradan qalxmasına şərait yaradılmış olur. www.europa.eu

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) dünyanın təqribən 240 aviaşirkətini və ya ümumi hava nəqliyyatının 84%-ni özündə birləşdirən təşkilatdır. Biz aviasiya sənayesinin bir çox sahələrini müdafiə edirik və mühüm aviasiya məsələlərinə dair ümumi prinsiplərin formalaşdırılmasına köməklik göstəririk. www.iata.org

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı 39 üzv dövləti və Avropa Birliyini bir araya gətirən hökumәtlәrarası təşkilatdır. O, 1960-cı ildə yaradılmışdır. O, Avropada hava nəqliyyatının idarə edilməsi (ATM) sistemində aparılan təkmilləşdirmə proseslərinə rəhbərlik etmək və yardım göstərməklə, ATM üzrə Avropanın mühüm məlumat bazasına çevrilmiş mülki-hərbi təşkilatdır. www.eurocontrol.int

EASA: Təşkilat mülki aviasiya sahəsində təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı ən yüksək ümumi standartların Avropada və dünyada geniş yayılmasını həyata keçirir. O, aviasiya sənayesində vahid Avropa bazarının formalaşmasını nəzərdə tutan yeni tənzimləmə sisteminin əsas elementidir. www.easa.eu.int

Dövlətlərarası Aviasiya Komitəsi (IAC) 1991-ci ildə Mülki aviasiya və hava məkanından istifadəyə dair hökumәtlәrarası saziş əsasında yaradılmışdır. Hal hazırda bu sazişə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna qoşulmuşdur. www.mak.ru

ECAC-ın məqsədi Avropa hava nəqliyyatı sisteminin təhlükəsiz, səmərəli və sabit inkişafının təmin edilməsindən ibarətdir. Təşkilat üzv dövlətlər arasında mülki aviasiya prinsiplərinin və təcrübələrinin uyğunlaşdırılmasına və prinsipial məsələlərə dair üzv dövlətlər və dünyanın digər regionları arasında qarşılıqlı anlayışın genişləndirilməsinə səy göstərir. www.ecac-ceac.org

Birləşmiş Millətlər təşkilatının ixtisaslaşmış orqanı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) beynəlxalq mülki aviasiyanın dünya üzrə təhlükəsiz və nizamlı inkişafını təmin etmək məqsədilə 1944-cü ildə yaradılmışdır. O, aviasiyanın təhlükəsizliyi, səmərəliliyi və müntəzəmliyi, habelə aviasiya sahəsində ətraf mühitin qorunması üçün zəruri olan standartları və qaydaları müəyyən edir. www.icao.int

Azərbaycan Hava Yolları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir və o, Azərbaycanın ən böyük aviaşirkəti və milli aviadaşıyıcısıdır. O, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür və qərargahı Bakı şəhərində yerləşir. Şirkət Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. www.azal.az