• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

14 Fevral

Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasına sertifikat verilib

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi 14 fevral 2019-cu il tarixində Milli Aviasiya Akademiyasına “Texniki xidmət üzrə təlim və imtahan təşkilatının təsdiq sertifikatı”nı təqdim etmişdir.

Sertifikatın şərtlərinə uyğun olaraq, Milli Aviasiya Akademiyası texniki xidmət üzrə təlim və imtahanlar keçirmək, həmçinin Akademiyada təhsil alan tələbələrə respublikanın mülki aviasiya subyektlərində işləmək üçün şəhadətnamələr vermək hüququna malikdir.

Bir qədər əvvəl Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın qərarı ilə Milli Aviasiya Akademiyası beynəlxalq “Ali mülki aviasiya tədris müəssisəsi” sertifikatına layiq görülmüşdür. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ali təhsil ocaqları siyahısına daxil edilən Akademiya həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması üzrə regional tədris mərkəzi statusuna layiq görülüb.

14.02.19-1

14.02.19-2

Partner Websites