• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

25 İyul

Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu arasında danışıqlar keçirilib

2018-ci ilin 19 – 20 iyul tarixlərində Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar tərəflərin təşəbbüsü ilə baş tutub. Nümayəndə heyətlərinin müzakirə etdikləri əsas məsələ iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması olmuşdur.

Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlər arasında yerinə yetirilən sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.

Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək. Bu qərar görüşdə iştirak etmiş aviaşirkətlərin çoxsaylı nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

Bundan əlavə, tərəflər Hava əlaqəsi haqqında yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli Hava Nəqliyyatı haqqında Hökumətlərarası Sazişi əvəz etməlidir. Türkiyə tərəfi yeni Saziş layihəsini ən yaxın zamanda diplomatik kanallar vasitəsilə təqdim edəcək.

Görüş dostluq şəraitində keçib.

Partner Websites