• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

23 May

Serbiya Respublikası ilə hava əlaqələri haqqında Saziş imzalanıb

2018-ci il mayın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş”imzalanıb.

Saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Qarşılıqlı Anlaşma haqqında Memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən Sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.

Hava əlaqələri haqqında Sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələrimiz arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.

Partner Websites