• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

16 May

ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) Azərbaycan Respublikası üçün uçuşların təhlükəsizliyinin təmin olunmasına nəzarət sahəsində “1-ci kateqoriya”nı təsdiq edib. 2014-cü ildə Respublikada uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində aparılmış qiymətləndirmə nəticəsində ilk dəfə təqdim olunan bu səviyyə Azərbaycan aviaşirkətlərinin ABŞ-a birbaşa müntəzəm uçuşlara başlamalarına imkan verib. 2017 və 2018-ci illərdə Çikaqo Konvensiyasının beynəlxalq standartlarının tələblərinə uyğunluq qiymətləndirildikdən sonra ali “1-ci kateqoriya” Azərbaycan üçün qüvvədə saxlanılıb.  

FAA tərəfindən “1-ci kateqoriya”nın təsdiqi Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Partner Websites