08 Dekabr

Kolombo şəhərində ICAN/2017 konfransı keçirilib

2017-ci ilin 04-08 dekabr tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Şri-Lankanın Kolombo şəhərində Hava əlaqələrinə dair çoxtərəfli danışıqların aparılması üzrə onuncu konfrans (ICAN/2017) keçirilib.

Ümumilikdə Konfransda 66 dövləti və 1beynəlxalq təşkilatı təmsil edən 426 nümayəndə iştirak edib.Beş gün ərzində 456 danışıq və müşavirə keçirilib, onların gedişində 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adalarının nümayəndə heyətləri ilə Hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri mülki aviasiya ekspertləri səviyyəsində razılaşdırılıb. Türkiyə, Belarus Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava xətlərinin istismarı ilə bağlı danışıqlar aparılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olmuşdur.

ICAN-2017-AZE

Partner Websites