20 Oktyabr

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müşavirələri keçirilib

2017-ci ilin 2-6 oktyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Regional Ekspert Qrupunun onuncu müşavirəsi (IE-REST/10), Uçuş məlumatlarının təhlili üzrə seminar və Təhlükəsizlik üzrə Avropa Regional Qrupunun (RCOG/07) yeddinci müşavirəsi keçirilib

Tədbirdə 15 ölkəni, eləcə də5 beynəlxalq və regional təşkilatı (ICAO, IAC, EASA, IATA, Eurocontrol) təmsil edən 65-dən artıq mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları olan “Boeing” və “Airbus şirkətlərinin nümayəndələri iştirak edib.

 

 

Beş gün ərzində taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktik seminarlar keçirilmiş, qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının, ICAO, IATA, IAC Eurocontrolun nümayəndələri, eləcə də digər rəsmi şəxslər məruzələrlə çıxış etmişlər.

 

 

Bakıda bu qəbildən olan müşavirə və seminarların keçirilməsi Azərbaycan aviatorları tərəfindən uçuşların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsintəmin olunması işinə töhfə verir.

 

 icao-2

 

icao-3

 

Partner Websites