28 İyul

Bakıda Yaponiyanın aviasiya administrasiyası ilə danışıqlar keçirilib

2017-ci ilin 25-26 iyul tarixlərində Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

 

İlk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər. 

Partner Websites