14 İyul

Brüsseldə danışıqlar

2017-ci ilin 4-5 iyul tarixlərində Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Avropa Komissiyası arasında “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib. 

Danışıqların gedişində hər iki tərəf sözügedən Sazişi qısa müddətdə razılaşdırmağa və imzalamağa hazır olduğunu ifadə etmişdir. Həmçinin Azərbaycan tərəfinin layihə mətninə dair irad və təkliflərinə baxılıb. Tərəflər Azərbaycan Respublikası nazirlik və idarələrinə aid rəylərin müzakirəsini yazışma yolu ilə davam etdirmək və Sazişin son layihəsinin hazırlanması məqsədi ilə danışıqların növbəti mərhələsini Bakıda keçirmək barədə razılığa gəliblər. Görüşün nəticələri üzrə Protokol imzalanıb.

Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Belçikadakı Səfiri – Avropa İttifaqı yanında Missiyanın başçısı, Dövlət Mülki Aviasiya Administrasiyasının, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin əməkdaşları daxil olmuşdur. 

Partner Websites