Tədbirdə Azərbaycan Respublikası, Gürcüstan, Moldova, Türkiyə və Ukrayna mülki aviasiya administrasiyalarının rəhbərləri Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının ötən Sessiyalarının nəticələrini, eləcə də sözügedən təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər.
Tərəflər həmçinin Qrupa üzv olan dövlətlərdə hava nəqliyyatının fəaliyyətinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüş dostluq şəraitində keçmişdir.