28 Fevral

Bakıda Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında hava əlaqəsi haqqında saziş imzalanıb

2017-ci il fevralın 24-də Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Cibuti Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 

Görüşün nəticələri üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov və Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf “Azərbaycan Respublikası Hökuməti iləCibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalayıblar.

Sözügedən sazişin imzalanması iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını yerinə yetirməyə imkan verməklə yanaşı, beynəlxalq münasibətlərin iqtisadi və mədəni sahələrdə inkişafına yardım edəcək.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasınındigər dövlətlərin aviasiya hakimiyyətləri ilə müntəzəm əsasda danışıqlar aparması əməkdaşlıq dairəsini genişləndirməyə, yeni aviaşirkətləri cəlb etməyə, həmçinin Azərbaycanın turizm və iqtisadi potensialını möhkəmləndirməyə imkan verir.

Foto: “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Partner Websites