29 Dekabr

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 10 yaşı tamam olur

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılıb və Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanıb.

2006-2016-cı illərdə Administrasiyanın mütəxəssisləri tərəfindən hazırlanmış Hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlər 14 ölkə ilə imzalanıb, həmçinin 20 ölkənin aviasiya administrasiyaları ilə razılaşdırılıb. Вütün bunlar Azərbaycan Respublikasına məxsus aviaşirkətlərin uçuş coğrafiyasını genişləndirməyə və yeni aviadaşıyıcıları ölkə hava limanlarına cəlb etməyə imkan verib.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının yaranmasının 10-cu ildönümünün qeyd edildiyi bu xoş gündə ölkə aviatorlarımızı təbrik edir, onlara təmiz səma, rahat enişlər və Azərbaycan xalqının rifahı naminə göstərdikləri fəaliyyətdə yeni uğurlar arzulayırıq. 

Partner Websites