• Azerbaijanaz-AZ
  • Russian
  • English (UK)

AZƏRBAYCAN RESPUBLİKASININ

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

DÖVLƏT MÜLKİ AVİASİYA AGENTLİYİ

29 İyun

Ulan-Batorda Monqolustanın aviasiya hakimiyyəti ilə danışıqlar keçirilib

Əldə edilmiş razılığa uyğun olaraq, 2016-cı ilin 14-15 iyun tarixlərində Ulan-Bator şəhərində Azərbaycan Respublikası ilə Monqolustanın aviasiya administrasiyaları arasında danışıqlar keçirilib. 

Dostluq şəraitində aparılmış danışıqların gedişində tərəflər «Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş» layihəsini razılaşdırıblar. İki ölkənin mülki aviasiya nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycan Respublikası ilə Monqolustan arasında müntəzəm uçuşların yerinə yetirilməsinin perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri danışıqların nəticəsi olaraq ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas kimi götürüləcək müvafiq Protokolu imzalayıblar.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının mülki aviasiya nümayəndə heyəti Ulan-Bator beynəlxalq hava limanının fəaliyyəti ilə tanış olub.

Partner Websites