İntranet

HAQQIMIZDA

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Administrasiya işçilərinin ümumi say tərkibi 49 ştat vahidi təşkil edir. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktorun iki müavini onlara həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyırlar. Arif Əhməd oğlu Məmmədov 2008-ci ilin 7 fevral tarixindən Dövlət Mülki Aviasiya Administrasiyasının direktorudur.

Ətraflı

Xəbərlər

E-Xidmətlər

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytında xüsusi elektron xidmət bölməsi ("E-xidmətlər") yaradıldı.

Ətraflı

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında kollegiya iclası keçirilib

2012-ci il aprelin 25-də Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının tələblərinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı növbədənkənar kollegiya iclası keçirilib.

Ətraflı

"Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2012-ci il tarixli 613 nömrəli Fərmanı ilə "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları" təsdiq edilib.

Ətraflı

Heydər Əliyev Beynəlxalq Aeroportunda audit yoxlaması keçirilib

Cari ilin 11-18 aprel tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında və Heydər Əliyev Beynəlxalq Aeroportunda "aviasiya təhlükəsizliyi" sahəsində audit yoxlaması keçirilib.

Ətraflı

Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ birgə hökumətlərarası komissiyasının üçüncü iclası çərçivəsində Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb.

Ətraflı

Xəbərlərin arxivi

© 2010 Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi internet saytı.
Müəllif hüquqları qorunur.